MÜSTƏSNA ÖZƏLLİK
MÜSTƏSNA ÖZƏLLİK
MÜSTƏSNA ÖZƏLLİK
MÜSTƏSNA ÖZƏLLİK
MÜSTƏSNA ÖZƏLLİK

TARİX

Dinamo İdman Cəmiyyətinin qərargahı hesab edilən bu zərif şəhər binası 1930-cu ildə tikilib və yalnız təqribən bir əsr sonra otelə çevrilib. Konstruktivist memarlığın səciyyəvi xüsusiyyətlərini nümayiş etdirən tikilinin unikallığı Bakının mərkəzində gözə çarpır. Dinamo sadəlik, eksperimentalizm və həndəsi fiqurların vurğulanması kimi cərəyan xüsusiyyətlərini təmsil edən məşhur Sovet memarları Qusman və Sençixinin birgə yaradıcılıq nümunəsidir. Dəqiqlik və məkandan səmərəli istifadə ilə səciyyələnən tikili xaricdə nümayiş olunan məşhur idman nümunələri ilə dekorasiya edilib.

Tikilinin keçmiş sahibi Dinamo İdman Cəmiyyəti 1926-cı ildə yaranıb və həmin andan etibarən Azərbaycanı Olimpiya Oyunlarında və digər idman yarışlarında dünyada şərəflə təmsil edən idmançılar yetişdirir.

Tikilinin məxsusi dəyərini qoruyub-saxlamaq məqsədilə onun daxili Alberto Pinto tərəfindən heyrət hissi və ilham aşılanmış mühit yaratmaq üçün yenidən dizayn edilib. Pintonun məqsədi mövcud tikili ruhunu qorumaqla onun arxasındakı canlı konsepsiya sənətini tamamlamaq üçün zərif və incə məkan yaratmaqdır. Tikilinin tarixindən ilhamlanaraq idman dünyasını əks etdirən incə materiallar, sifarişlə hazırlanmış mebel və dekorlar - hamısı hal-hazırda hiss olunan üslub və rahat atmosferin yaradılmasında bir rol oynamışdır. Qonaqlara evdən uzaqda səmimi və cəlbedici ev şəraiti təklif etmək üçün daş mozaika döşəmələr üzərində ənənəvi xalça naxışları kimi elementlər vasitəsilə, tikilinin yeniliyi şəhərin ən gözəl keyfiyyətlərini və milli mədəniyyəti vurğulamaq məqsədi daşıyır.

PRAKTİKİ MƏLUMAT

“Dinamo Hotel Baku”nun xüsusi dizayna malik otaqları dəbdəbəli interyer və yüksək texnologiya ilə təchiz edilmişdir. Çoxsaylı sağlamlıq prosedurları və fitness proqramları təklif edən SPA qonaqların xidmətindədir. Bununla yanaşı otel Bakıda bütün gün ərzində əlavə sorğu əsasında batler və konsyerj xidmətləri göstərən yeganə oteldir.

Artemis ROOM
Dinamo ROOM
Atlas ROOM
Apollo ROOM

RESTORANLAR

Milli və dünya mətbəxinin müxtəlif növ incilərini təklif edən Dinamo oteldə qonaqlarımız fərqli ölkələrin mətbəxindən seçilən təamların mükəmməl ahəngini kəşf edə bilər.

Olympia
Greenfield
Relay Bar
Otağa yemək sifarişi

SAĞLAMLIQ

Ruhunuzu və vücudunuzu istirahət bəxş edərək, gündəlik qayğılardan və şəhərin dinamik həyatından azad edin. Dinamo otel öz qonaqlarını fitnesdən, müxtəlif prosedurlardan, spa və gözəllik salonunun xidmətlərindən zövq almağa dəvət edir.

Gözəllik salonu
Fitnes
SPA
ESSE - dəri qulluğu

ƏLAQƏ

Sizin mesajınız

Rezervasiya

Giriş tarixi

Çıxış tarixi

Böyüklərin sayı

- +

Otaqların sayı

- +

Bakıda nə etməli?

Bakının gəzməli-görməli yerlərini kəşf etməyinizi üçün sizə yardım edərik.